"Shirvan Open 2025" beynəlxalq şahmat festivalı start götürdü
Şirvan Olimpiya Kompleksində "Shirvan Open 2025" beynəlxalq şahmat festivalı start götürüb.
"Mediasport" xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda 8 ölkədən 240-dan çox şahmatçı iştirak edir.
Açılış mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxış edərək şahmatçılara uğurlar arzulayıb.
Festivalda şahmatçılar A və B qruplarında mübarizə aparırlar.
Yarışlar İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla təşkil baş tutacaq. Festivalın ümumi mükafat fondu 22 650 manat təşkil edir.
A qrupunun qalibi 5100, B qrupunda isə ilk yeri tutacaq şahmatçı 1000 manat qazanacaq.
Festival çərçivəsində həmçinin rapid və blits keçirilməsi də nəzərdə tutulub.
Festival Azərbaycan Şahmat Federasiyasının "Chess Tour Azerbaijan" layihəsi çərçivəsində keçirilir.
Bu, layihənin sayca 8-ci və bu il üçün sonuncu festivalıdır. Festivala noyabrın 26-da yekun vurulacaq.


