Avropadan qayıdıb Azərbaycanın 1-ci liqa klubu ilə müqavilə bağladı
Mövsümün birinci hissəsini Kosovonun "Drenitsa" klubunda keçirən Elmir Tağıyev Azərbaycana qayıdıb.
"Mediasport" xəbər verir ki, yarımmüdafiəçi karyerasını 1-ci liqada davam etdirəcək.
26 yaşlı futbolçu "Şəfa" ilə müqavilə bağlayıb. Anlaşma mövsümün sonunadək nəzrədə tutulub.
Xatırladaq ki, paytaxt təmsilçisi çempionatda 1-ci sırada qərarlaşıb.
