"Sabah" Türkiyədə 6-cı oldu

Türkiyədə təşkil edilən “Rize Cup” beynəlxalq futbol turnirinə yekun vurulub.
"Mediasport" xəbər verir kki, “Sabah”ın U-12 komandası növbəti oyunlarını keçirib.
Təmsilçimiz Gürcüstanın “Dinamo” (Batumi) və Türkiyənin “Samsunspor” komandaları ilə heç-heçə edib (0:0), Türkiyənin “Fənərbağça” (1:2) və “Gənclərbirliyi” (0:2) komandalarına məğlub olub.
Daha öncə “Rizespor” (1:2), “Başakşehir” (1:0) və “Qaziantep”lə (3:1) qarşılaşan Emin Salmanovun komandası turniri 8 xalla 6-cı pillədə başa vurub.