Bəxtiyar Musayev AFFA-da departamentin şöbə rəisi oldu

Azərbaycanın veteran futbolçusu Bəxtiyar Musayevə AFFA-da vəzifə verilib.
"Mediasport" xəbər verir ki, yığma komandamızın sabiq futbolçusu qurumun Texniki departamentinin Skautlar şöbəsinə rəis təyin olunub.
Qeyd edək ki, B.Musayev 1997-2006-cı illərdə Azərbaycan millisinin heyətində 20 oyun keçirib.