Premyer Liqa: "Karvan-Yevlax" "Sumqayıt"la bərabərə qaldı

Premyer Liqa: "Karvan-Yevlax" "Sumqayıt"la bərabərə qaldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü tur start götürüb.

"Mediasport" xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.

Autsayder "Karvan-Yevlax" doğma publika qarşısında yarışın qeyri-sabit komandalarından "Sumqayıt"la qarşılaşıb.

Tur 4 günü əhatə edəcək.


Azərbaycan Premyer Liqası. 23-cü tur


“Karvan-Yevlax” - "Sumqayıt” 1:1

Hakimlər: Əli Əliyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Ruslan Quliyev

VAR: Fərid Hacıyev

AVAR: Zöhrab Abbasov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Asif Əliyev

Yevlax şəhər stadionu