"Qarabağ"ın avrokuboklarda bombardirlərinin yeni siyahısı
"Qarabağ"ın heyətində avrokuboklarda ən çox qol vuran futbolçuların son yenilənmiş siyahısı açıqlanıb.
"Mediasport" xəbər verir ki, ilk "10-luq"da dəyişiklik olmayıb.
Sıralamada 10-11-12-ci pillələrdə qərarlaşmış futbolçular isə artıq Ağdam klubunda çıxış etmirlər.
Ümumilikdə siyahıda olan futbolçulardan yalnız ikisi hələ də "atlılar"ın formasını geyinir.
"Qarabağ"ın heyətində avrokubokların bombardirləri
1. Abdullah Zubir — 120 oyun, 19 qol
2. Juninyo — 27 oyun, 14 qol
3. Leandro Andrade — 56 oyun, 13 qol
4. Reynaldo — 35 oyun, 11 qol
5. Kadi Borges — 42 oyun, 10 qol
6. Miçel — 50 oyun, 10 qol
7. Toral Bayramov — 75 oyun, 9 qol
8. Riçard Almeyda — 91+ oyun, 8 qol
9. Dani Kintana — 44 oyun, 8 qol
10-12. Yassin Benzia — 32 oyun, 7 qol
Filip Ozobiç — 60 oyun, 7 qol
Əfran İsmayılov — 41 oyun, 7 qol


