"Ayaks" "Neftçi" Futbol Mərkəzində
Sabah UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində "Qarabağ"ın qonağı olacaq "Ayaks" Bakıda məşqə çıxıb.
"Mediasport" xəbər verir ki, Niderland klubunun hazırlığı saat 14:00-da "Neftçi" Futbol Mərkəzində start götürüb.
Amsterdam təmsilçisinin baş məşqçi əvəzi Fred Qrim açıq məşqdən sonra mətbuat konfransının keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionuna yollanıb.
Xatırladaq ki, görüş 21:45-də başlanacaq.
