"Neftçi" ÇFR-ə uduzdu - VİDEO
Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" ilk yoxlama matçını Rumıniya təmsilçisinə qarşı keçirib.
"Mediasport" xəbər verir ki, "ağ-qaralar" ÇFR-lə (Kluj) matçda 1:2 hesabı ilə uduzub.
Yuri Vernidubun komandası iyulun 6-da "Partizan" (Serbiya), 10-da "Radniçki Niş" (Serbiya), 13-də "Osiyek"lə (Xorvatiya) üz-üzə gələcək.


