Ayxan Abbasov DÇ-də mübarizə aparacaq milli üzvləri ilə görüşdü

Ayxan Abbasov DÇ-də mübarizə aparacaq milli üzvləri ilə görüşdü

Azərbaycanın U-16 milli komandası FIFA U-15 dünya çempionatı və festivalı üçün inşa olunan Hövsan Yarış Kompleksində ilk məşqinə çıxıb.

"Mediasport" xəbər verir ki, məşqdən əvvəl əsas milli komandanın baş məşqçisi Ayxan Abbasov gənc futbolçular və məşqçi heyəti ilə görüşüb.

Mütəxəssis gənclərə turnirdə uğurlar arzulayıb.

“15 yaşınızda dünya çempionatında iştirak etmək hüququ qazandığınız üçün çox şanslısınız. Bu, karyeranız boyunca unudulmaz xatirə kimi qalacaq. Sizə inamımız yüksəkdir”.

Daha sonra o, yığmanın məşqini izləyib.

Azərbaycan millisi turnirdə ilk oyununu oktyabrın 24-də, saat 19:30-da “Kristal Zal”da Şərqi Timor yığmasına qarşı keçirəcək.

Komandamızın qrup mərhələsindəki digər rəqibləri Andorra, Avstraliya, İsrail və Haiti yığmaları olacaq.