"Tariximizin ən yaxşı nəticəsini əldə etdik" - Rəşad Eyyubov
“İlk növbədə bütün oyunçulara təşəkkürümü bildirmək istəyirəm. Çətin bir tsikl keçirdik. Sonda tariximizin ən yaxşı nəticəsini əldə etdik".
"Mediasport" xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov deyib.
Mütəxəssis Avropa çempionatının seçmə mərhələsində Cəbəllütariq yığması üzərində qazanılan qələbədən (3:0) sonra fikirlərini bildirib:
"Bu günkü reallıqda bu, yaxşı nəticədir. Qrupdakı komandalara qarşı yaxşı nəticələr əldə etdik.
Şotlandiya ilə səfər matçının nəticəsinə görə üzülürük. Düşünürəm ki, hesab bu cür olmamalı idi”.
Xatırladaq ki, U-21 10 tura topladığı 10 xalla B qrupunu 5-ci pillədə başa vurub.

