Mahir Emreli Bellingem, Ödeqor, Fernandeş və De Brüyneni keçdi
UEFA Millətlər Liqasında 4 turun oyunlarından sonra futbolçuların fərdi statistik göstəriciləri açıqlanıb.
"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli raundun ən təhlükəli və yaradıcı oyunçuları sırasında yer alıb.
29 yaşlı forvard birbaşa qol vəziyyəti (zərbə) ilə nəticələnən həlledici ötürmələrlə sıralamada dünyanın məşhur futbolçularını keçib.
Karyerasını "Rakuv"da davam etdirən Mahir yalnız Niderland yığmasından Coui Veerman və Macarıstan millisindən Dominik Soboslaidən geri qalıb.
Coui Veerman (Niderland) – 15
Dominik Soboslai (Macarıstan) – 14
Mahir Emreli (Azərbaycan) – 11
Cud Bellingem (İngiltərə) – 11
Brunu Fernandeş (Portuqaliya) – 11
Martin Ödeqor (Norveç) – 11
Ticaani Reynders (Niderland) – 11
Kevin De Brüyne (Belçika) – 10
Eduard Spertsyan (Ermənistan) – 10

