Azərbaycan millisinin FİFA Seriyası oyununun biletləri satışa çıxarıldı

Azərbaycan millisinin FİFA Seriyası oyununun biletləri satışa çıxarıldı

Bu ay növbəti dəfə Azərbaycanda keçiriləcək "FIFA Series – 2026" turnirin oyunlarının biletləri satışa çıxarılıb.

"Mediasport" xəbər verir ki, bilet satışı iticket.az saytı vasitəsilə həyata keçirilir.

Azarkeşlər martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan - Sent Lüsiya görüşünün biletlərini onlaynda qaydada əldə edə bilərlər.

Biletlərin qiyməti 3-10 AZN aralığında dəyişir.

Həmçinin, eyni gündə "Dalğa Arena"da baş tutacaq Oman - Syerra Leone matçının biletləri də satışdadır.

Xatırladaq ki, turnir Azərbaycan, Oman, Syerra Leone və Sent Lüsiya millilərinin iştirakı ilə təşkil ediləcək.