"Azarkeşlərin sevgisi, onların hörməti bizim üçün dəyərli oldu"

"Bizə, yəni məşqçilər korpusuna göstərdikləri diqqətə görə azarkeşlərə və kluba təşəkkür edirəm. Mənim şəxsimdə bura Çerepanov, Kafanov, Urazxatov, Matsyura və Kunduxov daxildir".
"Mediasport" xəbər verir ki, bu sözləri Rusiyanın "БО Спорт" nəşrinə açıqlamasında "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev deyib.
Mütəxəssis Kazada "Rubin" klubuna məxsus stadionda onun adına verilən tribunanın açılış mərasimindən sonra təəssüratlarını bölüşüb. Diqqətə görə, Tatarıstan təmsilçisinin rəhbərliyinə təşəkkürünü bildiirb:
"Azarkeşlərin sevgisi, onların hörməti, Tatarıstan Respublikasının rəhbərliyinin səbri bizim üçün dəyərli oldu".
Qeyd edək ki, Tovuz klubunun çalışdırıcısı dünən “Rubin”in qonağı olub, Rusiya Premyer Liqasının 26-cı turunun “Fakel” oyunundan əvvəl “Ak Bars Arena”da adına verilən sektorun açılışında iştirak edib. Berdıyev sonra simvolik olaraq oyunda ilk toxunuşu yerinə yetirib.
Kurban Berdıyev 2002–2013 və 2017–2019-cu illərdə "Rubin"in baş məşqçisi olub. Mütəxəssis Tatarıstan klubu ilə iki dəfə Rusiya çempionluğu, bir dəfə Rusiya Kubokunu qazanıb.