DÇ-2026: Azərbaycan - İslandiya matçı Dabanoviçə həvalə olundu
Noyabrın 13-də DÇ-2026-nın seçmə qrup mərhələsi çərçivəsində Bakıda baş tutacaq Azərbaycan - İslandiya oyununun hakim təyinatları açıqlanıb.
"Mediasport" xəbər verir ki, görüşü Monteneqro və Serbiyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.
Xatırladaq ki, qarşılaşma 8-ci km qəsəbə stadionunda təşkil olunacaq.
DÇ-2026. Avropa zonası. Seçmə qrup mərhələsi
13 noyabr
21:00 Azərbaycan - İslandiya
Baş hakim: Nikola Dabanoviç
Baş hakimin köməkçiləri: Vladan Todoroviç, Srcan Yovanovi
Dördüncü hakim: Miloş Boşkoviç
(Hamısı Monteneqro)
VAR hakimləri: Momçilo Markoviç, Aleksandar Jivkoviç (hər ikisi Serbiya)
