"Neftçi" legioneri ilə vidalaşdı

 "Neftçi" legioneri ilə vidalaşdı

“Neftçi” basketbol klubunun heyətində növbəti dəyişiklik baş verib.

"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi Cerod Robinsonla vidalaşıb.

Amerikalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, basketbolçu cari mövsümdə “Neftçi”nin heyətində həm Azərbaycan Basketbol Liqasında, həm də FIBA Avropa Kubokunda mübarizə aparıb.