Azərbaycan çempionu məlumdur - Qusarlılar mövsümün qalibi oldu

Azərbaycan çempionu məlumdur - Qusarlılar mövsümün qalibi oldu

Futbol üzrə Azərbaycan 2-ci Liqasına yekun vurulub.

"Mediasport" xəbər verir ki, mövsümün çempionu "Şahdağ Qusar" komandası olub.

Şimal təmsilçisi 26-cı turda səfərdə "Dinamo" ilə heç-heçə edərək xal ehtiyatını 72-yə çatdırıb və Azərbaycan çempionu adını qazanıb.

Beləliklə, "Şahdağ Qusar", 2-ci yeri tutan "Şəfa" və 3-cü olan "Şimal" 1-ci Liqaya yüksəlib.

4-cü pillənin sahibi "Hypers Guba" ilə 13-cü olan "Lerik" pley-offa vəsiqə əldə edib, "Füzuli" isə liqadan düşüb.


Azərbaycan 2-ci Liqası. 26-cı tur


20 may (çərşənbə axşamı)

“Füzuli” – “Lerik” 1:0

Şamaxı OİK stadionu

“Kür-Araz” – “Ağdaş” 1:4

Heydər Əliyev adına İmişli şəhər stadionu

“Şimal” – “Göygöl” 2:0

Siyəzən şəhər stadionu


21 may (çərşənbə) 

“Şəmkir” – “Sheki City” 2:0

Şəmkir OİK stadionu

“Araz Saatlı” – “Hypers Guba” 0:2

Saatlı OİK stadionu

“Dinamo” – “Şahdağ Qusar” 0:0

Binə qəsəbə stadionu

“Qusar” – “Şəfa” 0:9

Neftçi Futbol Mərkəzi (IV meydança)