Latviya - Azərbaycan görüşünü idarə edəcək hakimlər açıqlandı

 Latviya - Azərbaycan görüşünü idarə edəcək hakimlər açıqlandı

Azərbaycan milli komandasının iyunun 7-də Latviya yığması ilə keçirəcəyi yoldaşlıq oyununun hakim təyinatları müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Riqa şəhərində yerləşən “Skonto” stadionunda baş tutacaq görüşü Maltadan olan baş hakim idarə edəcək.


Beynəlxalq Yoldaşlıq Oyunu


7 iyun

17:00 Latviya - Azərbaycan

Baş hakim: Trustin Farrucia Cann (Malta)

Baş hakimin köməkçiləri: Luke Portelli, Roberto Vella (hər ikisi Malta)

Dördüncü hakim: Vitaliys Spasyonņikovs (Latviya)