Almaniyada beynəlxalq yarışda 12 boksçumuz rinqə çıxacaq

 Almaniyada beynəlxalq yarışda 12 boksçumuz rinqə çıxacaq

Azərbaycanın 19 yaşadək boksçuları Almaniyanın Frankfurt (Oder) şəhərində start götürəcək beynəlxalq turnirdə yarışacaqlar.

Bu barədə "Mediasport"a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Komandamız iyulun 11-də start götürəcək yarışa U-19-un baş məşqçisi Elbrus Rzayev və məşqçi Yadigar Məmmədovun rəhbərliyində yollanıb.

4 gün davam edəcək turnirdə Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov, Sübhan Babayev, Toğrul Quliyev (hər üçü 60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Renat Qiyaslı (75 kq), Səftər Məmmədzadə və Məhəmməd Cəfərov (hər ikisi +90 kq) gücünü sınayacaq.

Qızların mübarizəsində isə rinqə millinin baş məşqçisi İlkin Ağayevin rəhbərliyi ilə Banuçiçək Nəsirli (48 kq) və Gülər Hüseynovaya (51 kq) çıxacaqlar.

Azərbaycanlı hakim Elxan Quliyev ədalət təmsilçiləri arasında yer alacaq.