Azərbaycan Boks Federasiyası "World Boxing"ə üzv seçildi

Azərbaycan Boks Federasiyası "World Boxing"ə üzv seçildi

Azərbaycan Boks Federasiyası (ABF) "World Boxing"ə üzv olub.

"Mediasport" xəbər verir ki, beynəlxalq federasiya üzvlüyü bu gün təsdiqləyib.

"World Boxing" (Dünya Boksu) 2023-cü il aprelin 13-də yaradılıb.

Qurum Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınıb və Yay Olimpiya Oyunlarında boksa cavabdehlik daşıyır.