Azərbaycan yığmasının boksçusu DÇ-də yarımfinala vəsiqə qazandı

Azərbaycan boksçusu Alfonso Dominges Liverpulda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
"Mediasport" xəbər verir ki, 90 kq-da mübarizə aparan millinin lideri 1/4 finalda türkiyəli Əmrah Yaşarla qarşılaşıb.
Rəqibini 3:2 (28:29, 30:27, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edən kubalı legioner 1/2 finala çıxmaqla azı bürünc medalı da təmin edib.
Alfonso sentyabrın 12-də final yolunda braziliyalı Santos Ribeyro Filyo ilə üz-üzə gələcək.
Xatırladaq ki, gecə seansında digər təmsilçimiz Səidcəmşid Cəfərov (75 kq) da 1/4 final görüşünü keçirəcək.