Azərbaycan boksçusu Braqada beynəlxalq turnirin qalibi oldu

Azərbaycan boksçusu Abbasqulu Şadlinski Portuqaliyada beynəlxalq turnirin qalibi olub.
"Mediasport" xəbər verir ki, 75 kq çəkidə mübarizə aparan milli üzvü Braqada qızıl medal qazanıb.
Şadlinski yarımfinalda Françisko Silvanı (Portuqaliya) mübarizədən kənarlaşdırıb.
O, finalda bəhreynli Hassan Camşirlə döyüşüb və qələbə qazanıb.