Azərbaycan boksçuları dünya çempionatında 2 medal qazandı
Azərbaycan boksçuları Monteneqronun Budva şəhərində keçirilən U-19 dünya çempionatını 2 medalla başa vurublar.
Bu barədə "Mediasport"a Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Nihat Qasımov (55 kq) və Səfdər Məmmədzadə (+90 kq) bürünc medal qazanıblar.
Komandamız DÇ-də 9 idmançı ilə təmsil olunub.

