Yığmamızın boksçusu dünya çempionatının 1/4 finalında

Yığmamızın boksçusu dünya çempionatının 1/4 finalında

İngiltərənin Liverpul şəhərində boks üzrə dünya çempionatı keçirilir.

"Mediasport" xəbər verir ki, Azərbaycan təmsilçisi Alfonso Dominges (90 kq) 1/8 finalda Yasse Kisslə (Almaniya) üz-üzə gəlib.

Dünya çempionu 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

Xatırladaq ki, o, 1/4 final görüşünə sentyabrın 10-da çıxacaq.