Yığmamız Özbəkistana yollandı

 Yığmamız Özbəkistana yollandı

Yeniyetmə qız və oğlan boksçulardan ibarət Azərbaycan millisi Özbəkistana yollanıb.

"Mediasport" xəbər verir ki, hər iki yığma Daşkənddə yerli idmançılarla birgə təlim-məşq toplanışı keçəcək.

Bu gün start götürən hazırlıq aprelin 17-dək davam edəcək.

Toplanış çərçivəsində sınaq döyüşləri də keçiriləcək.