Azərbaycan boksçusu Avropa çempionatında ikinci yeri tutdu

 Azərbaycan boksçusu Avropa çempionatında ikinci yeri tutdu

Azərbaycanın daha bir boksçusu Serbiyanın Loznitsa şəhərində U-19 Avropa çempionatında medal qazanıb.

"Mediasport" xəbər verir ki, yığmanın aktivinə növbəti mükafatı Əli Baxışov yazdırıb.

60 kq-da çıxış edən idmançı bu gün baş tutan finalda uduzmaqla 2-ci olub.

Beləliklə, millimiz 35 ölkədən 354 boksçunun qatıldığı qitə birinciliyini 1 gümüş və 1 bürünc medalla başa vurub.

Xatırladaq ki, daha əvvəl yarışda Banuçiçək Nəsirli (48 kq) 3-cü yeri tutub.