3 boksçumuz Potidə beynəlxalq turnirdə qızıl medal qazandı

Azərbaycanın gənc boksçuları Gürcüstanın Poti şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər.
"Mediasport" xəbər verir ki, millimiz yarışda 7 medal qazanıb.
Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hümbətov (55 kq) və Məhəmməd Cəfərov (+90 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.
Sübhan Babayevlə (57 kq) Hüseyn Hüseynli (90 kq) gümüş medala yiyələniblər.
Nihat Qasımov (50 kq) və Rza Rzayev (75 kq) isə bürünc mükafata sahib çıxıblar.