Millimizin iki boksçusu Avropa çempionatında finala yüksəldi

 Millimizin iki boksçusu Avropa çempionatında finala yüksəldi

Azərbaycanın 2 boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında finala yüksəlib.

"Mediasport" xəbər verir ki, Sübhan Mamedov (50 kiloqram) və Nəbi İsgəndərov (70 kiloqram) yarımfinalı da uğurla dəf edərək həlledici döyüşə vəsiqə qazanıblar.

Finala gedən yolda uduzan Məhəmməd Abdullayev (+90 kiloqram) isə qitə çempionatını bürünc medalla başa vurub.

Səidcəmşid Cəfərov (75 kiloqram) 1/4 final görüşünü qələbə ilə başa vuraraq yarımfinala adlayıb.

Bu gün Amin Məmmədzadə (55 kiloqram) yarımfinal döyüşünə çıxacaq.

Avropa çempionatına sentyabrın 25-də yekun vurulacaq.