Portuqaliya və Fransada oynamış futbolçu 2-ci Liqa klubuna keçdi

Portuqaliya və Fransada oynamış futbolçu 2-ci Liqa klubuna keçdi

Futbol üzrə Azərbaycan 2-ci Liqasında mübarizə aparan "Şimal" klubu heyətini gücləndirib.

"Mediasport" xəbər verir ki, Xaçmaz təmsilçisi vaxtilə Portuqaliya və Fransada legioner həyatı yaşamış Valeh Seyidovu transfer edib.

Son klubu 2-ci Liqada "Dinamo" olan 28 yaşlı forvardla mövsümün sonunadək müddəti əhatə edən müqavilə bağlanıb.

Hücumçu tarixə qovuşmuş "Bakı"nın yetirməsidir. Paytaxt təmsilçisinin aşağı yaş qrupları ilə 4 dəfə Azərbaycan çempionu adını qazanıb.

2011-ci ildə Fransanın "Lans" klubunun U-17 komandasında, 2021/22-ci illər mövsümündə Portuqaliyanın "Luletano" klubunda oynamış Valeh U-16, U-17 və U-19 milli komandalarımızın komandalarımızın şərəfini qoruyub.

O, tanınmış futbol funksioneri Yaşar Seyidovun oğludur.

Qeyd edək ki, "Şimal" 2-ci Liqada geridə qalan 13 turdan sonra 31 xalla 3-cü pillədə qərarlaşıb.

Bir oyun az keçirmiş bölgə klubu lider "Şahdağ Qusar"dan 8 xal geri qalır.