Mehin Mirzəbalayeva Fransa turnirində qızı medal qazandı

 Mehin Mirzəbalayeva Fransa turnirində qızı medal qazandı

Azərbaycanın stolüstü tennisçisi Mehin Mirzəbalayeva Fransanın Strasburq şəhərində keçirillən “Euro Mini Champs” yarışında uğurla çıxış edib.

"Mediasport" xəbər verir ki, 2014-cü il təvəllüdlü idmançıların mübarizəsində ilk 3 mərhələni lider kimi başa vuran Mehin 1/8 finalda moldovalı, 1/4 finalda fransalı rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib.

Bu mərhələdə İsveçrə təmsilçisi ilə qarşılaşan istedadlı idmançı 3:0 hesablı qələbə ilə mini Avropa çempionatı adlandırılan nüfuzlu yarışın finalına vəsiqə qazanıb.

Həlledici görüşdə turnirin ötənilki qalibi Kaya Tvoroqalla qarşılaşan təmsilçimiz latviyalı rəqibinə 3:1 hesabı ilə qalib gələrək "Euro Mini Champs"ın baş mükafatına layiq görülüb.

Qeyd edək ki, bu, stolüstü tennisçilərimizin sözügedən yarışda qazandığı ilk qızıl medaldır. Bundan əvvəl Onur Quluzadə analoji yarışın bürünc mükafatına sahib çıxmışdı.