Hakimləri söyən futbolçu və baş məşqçinin cəzası açıqlandı

Hakimləri söyən futbolçu və baş məşqçinin cəzası açıqlandı

AFFA İntizam Komitəsi Azərbaycan 2-ci Liqasında yarışan "Ağdaş" klubunun futbolçusu Ülvi Sarıyev və baş məşqçi Ruslan Hüseynova ciddi cəza verib.

"Mediasport" xəbər verir ki, buna klub təmsilçilərinin Azərbaycan Kubokunun I təsnifat mərhələsində "Qaradağ Lökbatan"la matçda hakimləri təhqir etmələri səbəb olub.

Şirvanlıların baş məşqçisi 45-ci dəqiqəsdə ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalandırılıb.

Ü.Sarıyev isə 76-cı dəqiqədə eyni hərəkətə yol verib.

"Ağdaş" ümumilikdə 2000 manat da cərimə ödəyəcək.