Azərbaycan dünya çempionatını keçirmək üçün namizədliyini verdi

Azərbaycan və Özbəkistan 2027-ci ildə 20 yaşadək futbolçular arasında dünya çempionatının keçirilməsi üçün birgə namizədliklərini irəli sürüblər.
"Mediasport" xəbər verir ki, FİFA mundiala ev sahibliyi etmək üçün namizədliklərin dəyərləndirməsinə başlayıb.
Futbol sahəsində həyata keçirilən fəal islahatlar, yaradılan infrastruktur və türkdilli ölkələrin artan beynəlxalq nüfuzunu nəzərə alaraq, Azərbaycan və Özbəkistan futbol federasiyaları səylərini birləşdirərək turnirin keçirilməsi üçün birgə namizədliklərini irəli sürüblər və bu mötəbər yarışı yüksək səviyyədə təşkil etməyə tam hazır olduqlarını ifadə ediblər.
Qeyd edək ki, Azərbaycan daha əvvəl AVRO-2020-nin bəzi oyunları, UEFA Avropa Liqasının final matçı, 17 yaşlılar arasında Avropa çempionatı, 17 yaşadək qızlar arasında dünya çempionatını təşkil edib.
FİFA və UEFA rəsmiləri Bakıda keçirilən mötəbər turnirləri yüksək qiymətləndiriblər.