Çempionlar Liqasında üç klubumuzdan yalnız biri sevindi

 Çempionlar Liqasında üç klubumuzdan yalnız biri sevindi

"Zirə" və "Birbaşa Bakı" klubları minifutbol üzrə Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə başlayıb.

"Mediasport" xəbər verir ki, "Aznur" komandası isə gün ərzində ikinci matçını keçirib.

E qrupunda yer alan "Birbaşa Bakı" "Ardeleni" (İngiltərə) komandasını məğlub edib - 3:2.

"Zirə" G qrupundakı ilk görüşündə Bosniya və Herseqovina təmsilçisi "Krayina" ilə heç-heçə edib - 1:1.

F qrupunda mübarizə aparan "Aznur" isə Polşanın "Sokil" və İngiltərənin "Bukovina" komandalarına uduzub - 0:2 və 2:3.

Təmsilçilərimiz növbəti oyunlarını bu gün keçirəcəklər.