"Nyukasl Yunayted" - "Qarabağ" matçı məşhur italyana tapşırıldı

"Nyukasl Yunayted" - "Qarabağ" matçı məşhur italyana tapşırıldı

Fevralın 24-də UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək  “Nyukasl Yunayted” - “Qarabağ” matçına təyinatlar açıqlanıb.

"Mediasport" xəbər verir ki, "Sent Ceyms Park" stadionunda baş tutacaq görüşü İtaliyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.

Baş hakim tanınmış referi Davide Massa olacaq. Yan xətdə Filippo Meli və Stefano Alessio işləyəcəklər.

Dördüncü hakim funksiyasını Luka Paireto yerinə yetirəcək. VAR-da Daniele Kiffi, AVAR-da isə Kristian Dingert (hər ikisi Almaniya) əyləşəcək.

Qarşılaşma Bakı vaxtilə saat 00:00-da start götürəcək.