Yusif İmanov "Kəpəz"lə vidalaşdı
"Kəpəz" Yusif İmanovla yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, Gəncə təmsilçisi 23 yaşlı futbolçu ilə başa çatan müqavilənin müddətini uzatmayıb.
Qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
"Qısa müddət ərzində bu komandanın rəngləri ilə doğmalaşmaq çox gözəl idi. "Kəpəz" Futbol Klubuna, məşqçilərimə, komanda yoldaşlarıma və bizə dəstək olan böyük şəhərin azarkeşlərinə təşəkkür edirəm.
Ümid edirəm daha yaxşı şəraitdə yenidən bir yerdə olarıq. Sadəcə gözəl xatirələrlə "Kəpəz"dən ayrılıram".
Xatırladaq ki, İmanov 2025/2026 mövsümündə ümumilikdə 21 oyuna çıxıb, 26 qol buraxıb və 7 dəfə qapısını toxunulmaz saxlayıb.


