Azərbaycan futbolu tarixində ilk iki mərhələ üzrə ən yüksək göstərici

Azərbaycan futbolu tarixində ilk iki mərhələ üzrə ən yüksək göstərici

Azərbaycan klubları avrokubokların ilk iki təsnifat mərhələlərində UEFA reytinqinə 2,625 əmsal qazandırıb.

"Mediasport" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, ölkə futbolu tarixində ilk iki mərhələ üçün ən yaxşı nəticədir.

İndiyədək təmsilçilərimiz ilk iki raundda ən yaxşı nəticəni 2017/2018 mövsümündə göstərmişdilər. Həmin vaxt bu göstərici 2,250 əmsala bərabər olub.

Qeyd edək ki, cari mövsümdə ölkəmiz üçün "Sabah" 1,000, "Qarabağ" 0,750+, "Zirə" 0,625, "Neftçi" 0,250 əmsal əldə edib.



Sıralama Ölkə Xal Bu mövsüm qazanılan xal
25 İsrail 22,125 1,25
26 Azərbaycan 21,187 2,625
27 Slovakiya 19,875 1,125
28 Bolqarıstan 19,563 1,875