Təcavüzkar davranışına görə 3 oyunluq diskvalifikasiya edildi

Təcavüzkar davranışına görə 3 oyunluq diskvalifikasiya edildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Mediasport" xəbər verir ki, toplantıda Azərbaycan 1-ci Liqasının 10-cu turunda qeydə alınmış neqativ hadisələr hüquqi qiymətini alıb.

“Baku Sportinq”in futbolçusu Əli Mürsəlova 3 oyunluq cəza verilib.

O, “Şahdağ Qusar”la oyununun 15-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa vərəqə aldığı üçün diskvalifikasiya edilib.

Komandası isə 900 manat cərimə ödəyəcək.