Azərbaycan çempionatı keçiriləcək

  Azərbaycan çempionatı keçiriləcək

Azərbaycan Bilyard Federasiyasının (ABF) təşkilatçılığı ilə ilk dəfə olaraq "Snuker" bilyard idman növü üzrə Azərbaycan çempionatı keçiriləcək.

"Mediasport" xəbər verir ki, yarış sentyabrın 6-8-də "Məkan Bilyard Akademiyasın"da baş tutacaq.

Yarışın keçirilməsində əsas məqsəd "Snuker" idman növünü Azərbaycanda inkişaf etdirmək, beynəlxalq standartlara uyğun yarış mühitini formalaşdırmaq və gənc idmançıların bu idmana marağını artırmaqdır.

Ölkənin müxtəlif bölgələrindən iştirakçılar bu tarixi çempionatda güclərini sınayacaq və qalib adı uğrunda mübarizə aparacaqlar.