RƏSMİ: "Turan Tovuz" kolumbiyalı müdafiəçisi ilə müqaviləni uzatdı
"Turan Tovuz" müdafiəçisi Hayderson Hurtado ilə yeni müqavilə imzalayıb.
"Mediasport" xəbər verir ki, Qərb təmsilçisi kolumbiyalının sözləşməsini 2029-cu ilin yayına qədər uzadıb.
Ötən ildən "Turan Tovuz"un formasını geyinən 30 yaşlı oyunçu 2025/2026 mövsümündə ölkə çempionatında 32 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, Kurban Berdiyevin komandası yeni mövsüm UEFA Konfrans Liqasında Azərbaycanı təmsil edəcək.
View this post on Instagram


