"Şamaxı"da 11-ci ayrılıq oldu
"Şamaxı" daha bir futbolçusu ilə yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, əyalət klubu Rafael Məhərrəmli ilə vidalaşıb.
26 yaşlı sağ cinah müdafiəçisinin klubla müqavilə müddəti başa çatıb.
Xatırladaq ki, onadək "şirlər"i Kərim Rossi, Rüfət Abbasov, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu və Arsen Ağcabəyov tərk edib.


