Əyalət təmsilçisi Avropa Klublar Assosiasiyasına üzv seçildi

Əyalət təmsilçisi Avropa Klublar Assosiasiyasına üzv seçildi

“İmişli” futbol klubu Avropa Klublar Assosiasiyasının (ECA) rəsmi üzvü olub.

"Mediasport" xəbər verir ki, bölgə təmsilçisinin açıqlamasında bu addımın komanda üçün yalnız yeni mərhələ deyil, həm də beynəlxalq səviyyədə böyük məsuliyyət olduğu bildirilib.

Qeyd edək ki, ECA 2008-ci ildə yaradılıb və UEFA-da peşəkar futbol klublarının maraqlarını təmsil edən təşkilatdır.