Gənc triatlonçularımız Avropa Kubokunda mübarizə aparacaq
Azərbaycan triatlonçuları Moldovada təşkil ediləcək gənclər arasında Avropa Kubokunda mübarizə aparacaqlar.
"Mediasport" xəbər verir ki, ölkəmiz turnirdə 4 idmançı ilə təmsil olunacaq.
Avqustun 15-də Kişinyovdakı “La Izvor” parkında keçiriləcək beynəlxalq yarış supersprint formatında (400 m üzgüçülük + 10 km velosiped + 2,5 km qaçış) baş tutacaq.


