Yığmamızın üzvü Dünya Kubokunda qızıl medal qazandı

 Yığmamızın üzvü Dünya Kubokunda qızıl medal qazandı

Tamblinq üzrə Azərbaycan millisinin üzvü Mixail Malkin Portuqaliyada Dünya Kuboku seriyasının qalibi olub.

Bu barədə "Mediasport"a Azərbaycan Gimnastika Federasiyasından (AGF) məlumat verilib.

İdmançımız 32,300 xalla bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb.

Tofiq Əliyev 29,300 xalla üçüncü yeri tutub.

Kişilərin sinxron proqramında isə Maqsud Mahsudov və Hüseyn Abbasov bürünc mükafat əldə ediblər.