Şəkidə ölkə birinciliyi keçiriləcək

Şəki Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 30-cu ölkə birinciliyi baş tutacaq.
"Mediasport" xəbər verir ki, iki gün davam edəcək yarışda müxtəlif yaş qruplarına aid gimnastlar halqa, top, lent və gürzlər ilə proqramlarda çıxış edəcəklər.
Xatırladaq ki, ölkə birinciliyi 20-21 sentyabrda keçiriləcək.