Adil Hacızadə Bakıdakı Dünya Kubokunun qalibi adını qazandı

Azərbaycan millisinin gimnastı Adil Hacızadə Bakıda keçirilən batut və tamblinq üzrə Dünya Kubokunun qalibi olub.
"Mediasport" xəbər verir ki, təsnifat mərhələsində birinci yeri tutan təmsilçimiz finalda komanda yoldaşı Tofiq Əliyevlə yarışıb.
Bakıdakı ötən Dünya Kubokunun gümüş mükafatçısı bu dəfə 29.400 xalla qalib adını qazanıb.
Tofiq Əliyev ikinci, neytral statuslu rusiyalı Sergey Finiçenko üçüncü yeri tutub.
Selcan Mahsudova və Əli Niftəliyev isə qarışıq cütlüklər arasında sinxron mübarizədə bürünc medala sahib çıxıblar.
Cütlüyün təqdimatı 47.990 xalla qiymətləndirilib.