Yanvar ayının ən yaxşı qol müəllifi Emil Qasımov mükafatlandırıldı

Yanvar ayının ən yaxşı qol müəllifi Emil Qasımov mükafatlandırıldı

Futbol üzrə Azərbaycan 1-ci Liqasında yanvar ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb.

"Mediasport" xəbər verir ki, qalib olmuş “Karvan”ın futbolçusu Emil Qasımova mükafatları “Cəbrayıl”la görüşdən öncə Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.

Xatırladaq ki, "Ayın qolu" layihəsi üzrə qalibləri AFFA-da yaradılmış xüsusi komissiya seçir.