Azərbaycanlı futbolçular Qırğızıstanda üz-üzə gəldilər

Azərbaycanlı futbolçular Qırğızıstanda üz-üzə gəldilər

Futbol üzrə Qırğızıstan Premyer Liqasında 16-cı turun oyunları keçirilir.

"Mediasport" xəbər verir ki, azərbaycanlı futbolçular Mirbadulla Abbasov və İlkin Muradovun formasını geyindiyi “Abdış Ata” Orxan Əliyevin çıxış etdiyi “Özkənd"lə üz-üzə gəlib.

Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsilə yekunlaşıb - 1:0.

İlkin Muradov və Orxan Əliyev meydana start heyətdə çıxıb, Mirabdulla isə fasilədən sonra oyuna qoşulub.

“Abdış Ata” 16 turdan sonra 32 xalla 3-cü pillədə qərarlaşıb, "Özkənd" 22 xalla 7-cidir.