Azərbaycan klubu Avropa Kubokuna qələbə ilə başladı

Azərbaycanın "Abşeron Layəns" basketbol komandası Avropa Kubokunda debüt edib.
"Mediasport" xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv 1-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda Kiprin "Anortosis" klubu ilə qarşılaşıb.
Bakı İdman Sarayında baş tutan görüş təmsilçimizin qələbəsilə yekunlaşıb - 89:73.
Tərəflər arasında cavab dueli oktyabrın 1-də Limassolda keçiriləcək.