"Sabah" Çempionlar Liqasında "Trabzonspor"la eyni qrupa düşdü

"Sabah" Çempionlar Liqasında "Trabzonspor"la eyni qrupa düşdü

"Sabah"ın FİBA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, ölkə çempionu A qrupunda "Trabzonspor" (Türkiyə), "Nanter 92" (Fransa) və "Ritas" (Litva) ilə qarşılaşacaq.

Əsas mərhələyə oktyabrın 6-da start veriləcək. Qrup mərhələsinin qalibi ən güclü "16-lıq" arasında mübarizə aparacaq.

İkinci və üçüncü yerləri tutan komandalar isə yan qrupun müvafiq təmsilçiləri ilə 3 oyunluq seriyada 2 qələbəyədək davam edən "play-in" mərhələsində üz-üzə gələcəklər.