ABL-də final seriyası başlanır
Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) final seriyası start götürəcək.
"Mediasport" xəbər verir ki, çempionluq mübarizəsində "Sabah" və "Abşeron Lions" komandaları arasında ilk görüş keçiriləcək.
Bakı İdman Sarayında baş tutacaq duel saat 19:00-a planlaşdırılıb.
Qeyd edək ki, seriya üç oyundan ibarət olacaq. İkinci və üçüncü qarşılaşmalar 2 və 5 may tarixlərində reallaşacaq.
Üç görüşdən sonra hansısa komanda iki qələbə qazanmasa, əlavə oyunlar təşkil ediləcək.
Azərbaycan Basketbol Liqası. Final seriyası. İlk oyun
19:00. "Sabah" – "Abşeron Lions"
Bakı. İdman Sarayı.
