Azərbaycan Kubokunda yeni mövsüm 8 komanda yarışacaq
Basketbol üzrə Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb.
"Mediasport" xəbər verir ki, tədbir Bakı İdman Sarayında təşkil olunub.
Dövlət Himni səsləndirilib, daha sonra yarışda mübarizə aparacaq 8 komanda haqqında videoçarx nümayiş etdirilib.
Püşkün nəticəsinə əsasən, 4 kollektiv - "Sabah", "Abşeron", "Ordu" və “Gəncə” mübarizəyə 1/4 finaldan, digərləri 1/8 finaldan başlayacaqlar.
İlk mərhələnin oyunları gələn il yanvarın 13-14-də keçiriləcək. 1/4 final matçları fevralın 18-22-də təşkil olunacaq.
Azərbaycan Kuboku. 1/8 final
“Şəki” - “Sərhədçi”
“Neftçi” - “Lənkəran”
NTD - “Sumqayıt”
“Naxçıvan” - “Quba”
